21 May 2018 13:48
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnformator” nəşri məlumat yayıb.

İnsident paytaxtın “Hidropark” stansiyası yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, tərəflər arasındakı mübahisə davaya çevrilib. Daha sonra münaqişə iştirakçılarından biri tapança çıxarıb və atəş açıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Bir nəfər isə həbs edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Ruslan