22 May 2018 11:21
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüds məsələsində İsrailə qarşı kəskin mövqedə dayanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “erməni soyqırımı”nın tanınması üçün ideal fursət yaratdı.

Teleqraf.com xəbər verir ki, bunu “Bloomberg”-də yayımlanan məqaləsində israilli politoloq Zev Çefets deyib.
O, qeyd edir ki, qondarma soyqırımı inkar edən Türkiyə İsrail və digər dövlətlərlə münasibətlərini normal məcrada saxlamağa cəhd etməklə, bunun tanınmasının qarşısını ala bilir.

Çefets məqaləsində 30 ölkənin qondarma soyqırımı tanındığını və bunların arasında İsrail və ABŞ-ın olmadığına diqqət çəkib:

“İsrailin səssizliyi praqmatik siyasətindən qaynaqlanır. Özünü Qərbyönümlü dövlət kimi göstərən Türkiyə bir tərəfdən ərəb ölkələri ilə isti münasibətlərini qoruduğu halda, digər yandan da strateji portnyor kimi İsrailə güvəndiyini nümayiş etdirir.

Lakin hazırkı vəziyyətdə “xəlifə” Ərdoğanın rasionallığı işə yaramır, o, İsrailin düşmənidir. Buna görə də, İsraildən olan 5 nazir və müxalifət partiyaları haqlı olaraq “soyqırım”ın tanınması üçün parlament sədrinə müraciət ünvanlayıb. Lakin baş nazir Binyamin Netanyahu bu məsələ ilə bağlı mövqeyini açıqlamayana qədər heç nə dəyişməyəcək. Hər şey onun bir sözündən asılıdır”.

Çefets Netanyahunun bölgədə vəziyyəti dəyişə biləcək gücdə olduğunu iddia edir: “Netanyahu strateji düşüncə adamıdır. Türkiyə bəyənsə də, bəyənməsə də, o, regional oyunçudur. Əgər “erməni soyqırımı”nın tanınması İsrail və ABŞ-ın maraqlarına uyğundursa, bunu mütləq edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu