22 May 2018 13:22
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqından çıxdıqdan sonra Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bazar ertəsi Böyük Britaniya parlamentinin Beynəlxalq Komitəsi Rusiyanın hakimiyyət strukturları ilə bağlı olan şəxslərə, həmçinin insan hüquqlarını pozanlara qarşı sanksiya tətbiq etməyə və onları sərtləşdirməyə çağırıb.

“Böyük 20-liy”in XİN rəhbərlərinin Buenos-Ayresdəki görüşündə Boris Conson bu mövzu barəsində fikirlərini bildirib:

“Düşünürəm ki, ABŞ-ın qəbul etdiyi və xüsusi şəxslərə qarşı ünvanlanan bəzi sanksiyaların effekti nəzərə çarpan oldu. Mən də bunu qeyd etdim. Ancaq bizim öz xüsusi yanaşmamız və sistemimiz var”.

XİN rəhbəri qeyd edib ki, Britaniya Aİ-nin tərkibində olduğu müddətdə özünün xüsusi sanksiyalarını hazırlaya bilməz. Çünki bütün addımları digər üzv ölkələrlə razılaşdırmaq lazımdır.

Consonun sözlərinə görə, Britaniya gələn ilin martında Aİ-ni tərk edəcək və bundan sonra daha sərt mövqe tutmaq imkanı yaranacaq.


Müəllif: Ruslan