22 May 2018 17:15
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciətinin hüquqi əsası yoxdur.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumat deyilir.

“Fələstinin müraciəti hüquqi cəhətdən etibarsızdır. Beynəlxalq Cinayət Məhkəməsi isə İsrail-Fələstin məsələsinə hüquqi baxımdan münasibət bildirmək səlahiyyətinə malik deyil. Çünki İsrail bu Məhkəmənin üzvü deyil, Fələstin milli administrasiyası isə dövlət deyil”.

Qeyd edək ki, Fələstin mayın 12-də Qəzza zolağında baş verən hadisələr və rəsmi Təl-Əvivin apardığı qanunsuz tikinti işləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayıb.


Müəllif: Ruslan