22 May 2018 17:05
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail “F-35” qırıcıları ilə hərbi hava əməliyyatı keçirən ilk ölkə olub.

Teleqraf.com “Röyter”ə istinadla xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb:

“Bütün Yaxın Şərq üzərində “F-35”lərimiz uçur. İki fərqli istiqamətdə hərbi əməliyyat həyata keçirdik”.

İsrail HHQ-nın komandanı, ordu generalı Amikam Norkin ABŞ-ın “The Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən “F-35”lərin Livanın paytaxtı Beyrut üzərində manevr etdikləri yerdə görüntülərini yayımlayıb.

O, manevrlərin nə vaxt edildiyi barədə məlumat verməyib.

Qeyd edək ki, İsrail ilk dəfə keçən il ABŞ-dan 9 ədəd “F-35” alıb. Ümumilikdə isə ABŞ şirkətinə 50 qırıcı sifarişi verilib.


Müəllif: Mənsur Rəğbətoğlu