23 May 2018 08:17
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Bankı 2018-ci il Dünya Çempionatı münasibəti ilə plastik əskinaz buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.

Yeni əskinazlar 100 rubl nominalında və 20 milyon ədəd olacaq. Yeni pullar iyuna kimi Rusiyanın bütün regionlarına çatdırılacaq.

Xatırladaq ki, Mərkəzi Bank bu barədə qərarını 2017-ci ilin fevralında elan edib.
Qeyd edək ki, iyunun 14-dən iyulun 15-nə kimi Rusiyada futbol üzrə Dünya Çempionatı keçiriləcək.


Müəllif: Ruslan