22 May 2018 20:39
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti Şövkət Mirziyayevin dəyişən xarici siyasəti bölgədəki status-kvoya tərəfdar olan Rusiyanı narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna KİV-i məlumat verib.

Mənbələrin fikrincə, Rusiya Şövkət Mirziyayevin ABŞ səfərinə qarşı addımlar atmağa başlayıb.
Rusiya prezidenti Vladimir Putin Amerikadan qayıdan özbək həmkarına zəng edərək az qala hesabat almağa çalışıb.
Şövkət Mirziyayevin keçən həftə Putinə ABŞ-a səfər edəcəyi ilə bağlı məlumat verdiyi bildirilən açıqlamada qeyd edilir ki, özbək lider ABŞ-da keçirdiyi görüşlər barədə izahat verib.

Səfərdən dərhal sonra Rusiya KİV-də Özbəkistana dair dezinformasiyalar yayılmağa başlayıb. Həmin məlumatlara görə, Özbəkistanın xarici işlər nazirinin müavini Əbdülcabbar Əbdüvahitov adına ABŞ-ın bu ölkədəki səfiri Pamela Spratlenə “rəsmi məktub” göndərilib.

Saxta məktubda Özbəkistan hakimiyyəti ABŞ-ı Orta Asiyadakı terror təşkilatlarına dəstək verməkdə ittiham edilir və bununla bağlı açıqlama tələb olunur.


Müəllif: Mənsur Rəğbətoğlu