22 May 2018 22:13
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Milli Kəşfiyyat Mərkəzinə tabe olan Milli Kriptologiya Mərkəzi Kataloniyadakı siyasi böhranda Rusiyanın əlinin olduğunu təsdiqləyib.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Mərkəzinin hesabatında bildirilib.

Rəsmi Kreml ittihamları cavablandırmayıb. Hesabatda qeyd olunur ki, Rusiya ayrı-ayrı sosial qrup və institutlar vasitəsilə Kataloniyada separatizm meyllərinin güclənməsi üçün sosial şəbəkələrim imkanlarından yararlanıb.

Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində “müstəqillik”lə bağlı referendum keçirilib.


Müəllif: Teleqraf.com