22 May 2018 23:58
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Karaçi şəhərində anomal hava şəraiti 65 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, son üç gündə şəhərdə hökm sürən kəskin istilər təhlükəli həddə çatıb.

Şəhərdə keyfiyyətli səhiyyə xidmətinin olmaması insanların günvurmadan ölmələrinə səbəb olub.

Hökumət əhaliyə gündüz saatlarında evlərini tərk etməməyi xəbərdarlıq edib. Qızmar havaların hələ bir neçə gün davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com