23 May 2018 00:39
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Feysbuk"un qurucusu Mark Zukerberq sosial şəbəkə istifadəçilərindən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, o, Avropa Parlamentindəki (AP) siyasi institutuların rəhbərlərilə keçirdiyi görüşdə son illər istifadəçilərin təhlükəsizliyi üçün lazımi addımlar atmadıqlarını bildirib.

Zukerberq məsuliyyətlərini tam anlamadıqlarını qeyd edərək üzr istəyib: "Bu bir xəta idi. Dəyişikliklər ediləcək. Bu vaxt aparsa da, biz qərarlıyıq. İnsanların təhlükəsizliyi üçün bu vacibdir".

Zukerberq "Cambridge Analytica" kimi skandalın bir daha yaşanmaması üçün diqqətli olacaqlarını qeyd edib: "Şəxsi məlumatlara əlçatımlığı məhdudlaşdıracağıq. Şübhəli tətbiqlərimizi bir daha gözdən keçirəcəyik".


Müəllif: Teleqraf.com