23 May 2018 00:54
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ABŞ ilə daşıqlara münasibəti Çin səfərindən sonra dəyişib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşü zamanı jurnalistlərə bildirib.

ABŞ prezidenti hesab edir ki, KXDR liderinin daışıqlara münasibəti onun Çinə ikinci səfəri və Çinin prezidenti Si Cinpinlə görüşündən sonra dəyişib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina edib. Buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin aprelin 15-dən "Max Thunder" adlı birgə hərbi təlimləri olub.


Müəllif: Teleqraf.com