23 May 2018 10:45
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın polad və alüminum idxalına tətbiq etdiyi 25 faizlik gömrük rusumuna etiraz olaraq, Türkiyə və bir sıra dövlətlər hərəkətə keçiblər.

Teleqraf.com xəbər verir ki, artıq Türkiyə ABŞ-dan idxal etdiyi bir sıra məhsullara tətbiq etdiyi gömrük rusumunu artıracağını açıqlayıb.

Qərar ABŞ-dan gətirilən 22 ayrı-ayrı məhsula şamil ediləcək.

Qeyd edək ki, ABŞ arasında Türkiyə də olmaqla bir sıra ölkələrdən idxal etdiyi polad məhsullarına 25 faizlik vergi tətbiq edib. Buna görə də, ABŞ Türkiyədən məhsul idxalatından hər il təxminən 300 milyon dollar yaxın rüsum pulu qazanacaq.

Türkiyə ilə yanaşı Avropa İttifaqı, Rusiya, Hindistan və Yaponiya da ABŞ məhsullarına qarşı gömrük rüsumunu artırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu