23 May 2018 16:30
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilinin Rankaqua şəhərində 14 keşiş azyaşlılara qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilindikləri üçün kilsədən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə keşişlərə nəzarət idarəsi olan Yeparxiya məlumat yayıb:

"14 keşiş müqəddəs xidmətdən kənarlaşdırılıb. Bu qərar KİV-də verilmiş məlumatlar əsasında qəbul olunub. Bu keşişlərin hərəkətləri mülki sahədə cinayət sayıla bilər”.

Artıq prokurorluğa müraciət olunduğu da vurğulanıb.

Xatırladaq ki, ötən həftə “Trase” kanalının əməkdaşlarının apardığı araşdırma nəticəsində bir neçə keşişin yetkinlik yaşına çatmayan şəxslərlə seksual xarakterli yazışmalar apardığı aşkar olunub.


Müəllif: Ruslan