23 May 2018 23:39
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da məhkəmə prezident Donald Trampa "Tvitter"də onu tənqid edənləri bloklamağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Trampın "blokadası"na məruz qalan 7 nəfər ötən il məhkəmələrə müraciət edərək prezidentin tənqidə qarşı dözümsüz yanaşdığını və onları ölkə başçısının fəaliyyətini izləmək hüququndan məhrum etdiyini bildiriblər.

Onlar hesab edirlər ki, prezident siyasi xadim olduğu və öz fəaliyyətilə bağlı məlumatları "Tvitter"də paylaşdığı üçün insanları onun qərarını burada mübahisələndirmək imkanlarından məhrum etmək hüququ yoxdur.

Məhkəmə vətəndaşların şikayətini əsaslı sayıb və Trampın onları "qara siyahı"dan çıxarması barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com