24 May 2018 08:27
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Cisco Systems” telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğu barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, şərti olaraq “VPN Filter” adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır.

Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları oğurlaya bilir.

54 ölkədə qeydə alınan “VPN Filfter” daha çox Ukraynada aktiv şəkildə yayılır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə futbol üzrə Çempionlar Liqasının finalı ərəfəsində dövlət strukturlarına mümkün genişmiqyaslı kiberhücum haqda xəbərdarlıq etmişdi.


Müəllif: Teleqraf.com