24 May 2018 00:48
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.

Bu barədə Knessetin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. "Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", deyə təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib.

Zalda əyləşən 16 deputatın hər biri məsələnin Knessetin komissiyalarında deyil, parlamentin bütün tərkibi ilə müzakirə edilməsi üçün onun lehinə səs verib. Debatın vaxtı hələlik təyin olunmayıb.


Müəllif: Mənbə/Report