24 May 2018 10:43
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel ABŞ-ın qəbul etdiyi sanksiyaların təsiri nəticəsində Avropa şirkətlərInin bir hissəsinin İranı tərk edə biləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Angela Merkel Çin Dövlət Şurasının Baş naziri Li Kençsyanla görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Boşluğu Çin şirkətlərinin doldura biləcəyi ilə bağlı suala isə Merkel “bu, Çinin qərarından asılı olacaq”,- deyə cavab verib.

Kansler Almaniyanın İranla bağlanmış nüvə sazişinə hörmətlə yanaşdığını bir daha vurğulayıb.

Qeyd edək ki, Prezident Donald Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyalar qəbul edəcəyini açıqlayıb.


Müəllif: Ruslan