24 May 2018 11:44
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidentinin mühafizə xidməti strukturu daxilində xüsusi əməliyyatlar şöbəsi qurulub.

Teleqraf.com xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin bununla bağlı verdiyi qərar artıq rəsmi qəzetdə çap olunub.

Xüsusi əməliyyatlar şöbəsinin əməkdaşları prezidentin mühafizə xidmətinə daxil ediləcək. Prezidentin ölkə daxili mitinqlər, açılış mərasimləri, toplantı proqramlarında xidmət başında olacaqlar. Bu strukturda işə götürülən şəxslər sərrast nişançılar, sui-qəsd və terror hücumlarına qarşı peşəkar mütəxəssislərdən ibarətdir.


Müəllif: Cavad