24 May 2018 13:07
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malaziyanın yeni Baş naziri Mahathir Məhəmməd bir sıra dövlət idarələrinin ləğvi ediləcəyini söyləyib.

Teleqraf.com “The Star”a istinadən xəbər verir ki, ləğvi nəzərdə tutulan strukturların tam siyahısı da yayımlanıb.

Bu siyahıda Xüsusi Problemlər üzrə Departament, Milli İnnovasiya Agentliyi, Malayziya Xarici Kəşfiyyat Təşkilatı, Malayziya Qlobal İnnovasiya və Yaradıcılığı Mərkəzi, Yerüstü Nəqliyyatı üzrə Komissiya, İcra Fəaliyyətinə Nəzarət Bürosu, Professor və Müəllimlərin Milli Şurası yer alıb.

Bundan başqa, nazirlərin əmək maaşlarının 10 faiz azaldılması haqqında da qərar verilib.

Qeyd edək ki, mayın 22-də sabiq Baş nazir Nəcib Razak milli antikorrupsiya komissiyasında ifadə verib.


Müəllif: Ruslan