24 May 2018 15:31
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenkonun iştirak etdiyi Hərbi Dəniz Qüvvələri günü ilə bağlı mərasimdə gözlənilməz hadisə baş verib.

Teleqraf.com Ukrinform agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasimdə dəniz piyadalarından bəziləri qara beretlərini açıq mavi rəngli beretə dəyişməkdən imtina ediblər.

Hərbi dəniz qüvvələrinin mətbuat katibi Oleq Çalık bildirib ki, beretlərin rənglərinin dəyişdirilməsi ilə bağlı əmr var. Artıq qərara tabe olmayan desantlar hərbdən qovulublar.

Ötən ilin noyabrında parlamentin qəbul etdiyi qanuna əsasən, Ukrayna desantlarının beretinin rəngi NATO standartlarına uyğun olaraq tünd qırmızı olacaq.


Müəllif: Ruslan