24 May 2018 19:28
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın cənubunda son iki gündə polis və sakinlər arasında baş verən toqquşmalar nəticəsində çox sayda ölən və yaralananlar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Toqquşmalar Tamiland ştatının Tutikorin şəhərində qeydə alınıb.

Çərşənbə axşamından başlayan etirazlar zamanı insanlar şəhərdəki bürünc əritmə fabrikinin bağlanmasını tələb ediblər. Sakinlər hesab edirlər ki, bu müəssisənin işi şəhəri çirkləndirir və insanların sağlamlığına ciddi zərər vurur.

20 min sakinin şəhərə çıxmasına nəticəsində polislə toqquşmalar baş verib. 13 nəfər ölüb, azı 70 sakin isə xəsarət alıb.

Daha 67 nəfər isə polis tərəfindən saxlanılıb.


Müəllif: Ruslan