24 May 2018 16:57
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası “Punqeri” nüvə poliqonunu söküb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Skay Nyus”un əməkdaşının sözlərinə görə, jurnalistlər partlayışı 500 metr məsafədən izləyiblər.
Daha əvvəl KXDR nümayəndəsi hava şərtlərinin uyğun olacağı təqdirdə partlayışın mayın 24-də keçiriləcəyini söyləmişdi.

Qeyd edək ki, demontaj işlərini izləmək üçün Britaniya, Rusiya, ABŞ, Çin və Cənubi Koeryadan media nümayəndələri KXDR-ə səfər edib.


Müəllif: Ruslan