24 May 2018 18:37
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam və terrorizmi eyni yerə qoymaq axmaqlıdır. Nə islamın terrorizmə, nə də terrorizmin islama aidiyyəti var.

Teleqraf.com xəbər verir ki, bunu Roma Papası Frensis deyib.

Papa İtaliyanın “L'Eco di Bergamo” qəzetinə müsahibədə bir sıra güclərin islam dinini gözdən salmağa cəhd etdiklərini bildirib:

“Bu, tamamilə yanlış bir addım və düşüncədir. İslam və terrorizmi eyni tərəzidə çəkmək?.. Bəziləri bu iki fərqli anlayışdan eyni vaxtda danışırlar. Bu, yalan və axmaqlıqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu