24 May 2018 18:13
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donbas bölgəsində rus separatçılar tərəfindən vurulan sərnişin təyyarəsində həlak olmuş insanların qohumları Rusiya vətəndaşlarına məktub ünvanlayıblar.

Teleqraf.com xəbər verir ki, məktubda qəzaya görə Rusiya prezidenti Vladimir Putin və hakimiyyət yetkililərinin məsuliyyət daşıdıqları diqqətə çatdırılır.

“Dünyamızın dağılmasında rusiyalı liderlər məsuliyyət daşıyırlar. Onların bu dünyada yaşadıqlarını görmək və onlarla eyni dünyada yaşamaq bizim üçün çətindir. Onlar 2014-cü ildə vurulmuş təyyarənin içində həlak olan insanların faciələrindən qaçan və bunun məsuliyyətini üzərlərindən atan liderlərdir”.

Qeyd edək ki, Beynəlxalq Cinayətlərin Araşdırılması Heyəti (JIT) bugünkü açıqlamasında 2014-cü ildə Ukraynada qəzaya uğrayan Malayziya hava yollarına məxsus təyyarənin Rusiyanın raket sistemi ilə vurulduğunu təsdiq edib.


Müəllif: Mənsur Rəğbətoğlu