26 May 2018 09:32
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi mayın 11-də Qırmızı dənizdə yük gəmisinin raketlə vurulmasına dair açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, XİN gəminin raketlə vurulduğunu bəyan edib: "Yəmənə buğda daşıyan "İnce İnebolu” adlı Türkiyəyə məxsus gəmi raketlə vurulduqdan sonra Səudiyyə Ərəbistanına məxsus olan xilasetmə komandası əraziyə cəlb olunub. Gəminin göyərtəsində 23 nəfər olub. Onların həyatı üçün təhlükə olmayıb".

Türkiyə baş vermiş insidentlə bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, partlayış baş verən gəmi 50 min ton rus buğdası daşıyırdı.


Müəllif: Teleqraf.com