26 May 2018 11:53
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya narkobaronu Pablo Eskobarın qatillərindən ibarət dəstəyə rəhbərlik edən “Popeye” ləqəbli Con Hayro Velaskes saxlanılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Medelin şəhərinin meri Federiko Quterres bildirib:

“Popeye saxlanılıb. Prokurorluğun mütəşəkkil cinayətlə mübarizə şöbəsini, Kolumbiya və Medelin polislərinin təbrik edirəm".

“Noticias 24” portalının məlumatına əsasən, Popeye 23 il həbsxanada yatdıqdan sonra 2014-cü ildə azadlığa çıxıb. O son dövrdə prezident seçkilərində namizədlərdən biri olan Qustavo Petronu hədələməklə özünə diqqət çəkib.


Müəllif: Ruslan