26 May 2018 15:40
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya üçün Alternativ” Partiyasının üzvü deputat Martin Sixert Ramazan ayı ərzində oruc tutan müsəlman həkimlərə, tibb bacılarına, pilotlara, avtobus və qatar sürücülərinə işləməyi yasaqlamağı tələb edib.

Teleqraf.com xəbər verir ki, deputat: “Birdən xəstə 12 saat heç nə yeyib-içməyən cərrah tərəfindən əməliyyat olunsa?..” - sualı ilə parlamentdə çıxış edib.

Alman hökumətinin sözçüsü məsələ ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Almaniyada türklərlə yanaşı İraq və Suriyadan gələn miqrantlarla birlikdə 4 milyon müsəlman yaşayır.


Müəllif: Ruslan