27 Aprel 2014 19:27
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə federallaşma tərəfdarları yerli televiziyaya hücum edib.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bir qrup federallaşma tərəfdarı milislə danışıqlardan sonra Donetsk televiziyasının binasına daxil olub.

Rusiyayönlü aksiya iştirakçıları teleradio şirkətinin binası üstündən "Donetsk Xalq Respublikası"nın bayrağını asıb.

Teleradio binasının həyətində xüsusi dəstələrin əllərində avtomat olan qara formalı əməkdaşları da olub. Kütləni gördükdən sonra onlar binadan aralanıblar.

Nihad


Müəllif: