26 May 2018 14:12
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Fransa vətəndaşı olan İŞİD terrorçusunu Parisə ekstradisiya edib.

Teleqraf.com xəbər verir ki, 1991-ci ildə Fransada doğulan Ömər F. mayın 23-də Parisə təhvil verilib.

2013-cü ildə İŞİD sıralarına qoşulan fransız vətəndaşı 2017-ci ilin martında Türkiyədə həbs edilib.

Hazırda Fransada İŞİD-ə qoşulanların necə mühakimə ediləcəyi ciddi müzakirə olunur.

İndiyə qədər Türkiyənin 200-dən çox Fransa vətəndaşı və İŞİD üzvünün Parisə təslim etdiyi bildirilir.


Müəllif: Cavad