26 May 2018 21:14
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar silah gəzdirməyə, aqressiv fəaliyyətə görə, yaxud zorakılıq təşkil etmək məqsədilə yaradılan qruplarda iştiraka görə saxlanılıblar.

Parisdə aksiya yerli vaxtla saat 15:00-da, (Bakı vaxtı ilə saat 17-də) başlayıb. Nümayiş əvvəlcə sakit keçib. Lakin təxminən 1 saat sonra aksiyaya vitrinləri sındıran, polislərə müxtəlif əşyalar atan qara paltarlı insanlar qoşulub.

Qeyd edək ki, daha əvvəl aksiyada 24 nəfərin saxlanıldığı bildirilirdi.


Müəllif: Teleqraf.com