26 May 2018 23:45
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Ali İnzibati Məhkəməsi Məhəmməd peyğəmbərin həyatı haqqında müsəlmanların dini inancını təhqir edən filmi yayan "YouTube” videohostinqinin bir ay müddətinə bağlanmasına dair aşağı məhkəmə instansiyasının qərarını təsdiq edib.

Teleqraf.com unikal.org-a istinadən xəbər verir ki, misirli vəkil Məhəmməd Həmid Salim peyğəmbərin həyatı haqında təhqiramiz kadrları ləğv edənədək "YouTube”un ölkə ərazisində bağlanması tələbi ilə məhkəməyə müraciət edib.


Müəllif: Teleqraf.com