27 May 2018 12:09
3 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın ordu daxilində apardığı kadr islahtlarına dair ilginc məqamlar üzə çıxmağa başlayıb. Keçmiş prezident Serj Sərkisyana və Rusiyaya yaxınlığı ilə seçilən yüksək rütbəli hərbi kadrları Silahlı Qüvvələrdən uzaqlaşdıran qiyamçı baş nazir növbəti mərhələdə bununla bağlı daha ciddi addım ata bilər.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-i Nikol Paşinyana Rusiyanın bu ölkədəki hərbi bazalarının çıxarılması təklif edilib.

Erməni mənbələrin iddiasına görə, baş nazir təklifi müzakirə edəcəyini bildirib:

“Lakin onun birdən-birə bu addımı ataraq, Rusiya kimi əli-qolu Ermənistanda geniş olan real bir təhlükənin qabağında dayanacağı inandırıcı görünmür. Bununla belə o, məhdud çərçivədə bunun yaxın gələcəldə mümkün ola biləcəyi ehtimalından da danışıb.

Şübhəsiz ki, Nikol Paşinyan indiki məqamda Azərbaycanla müharibə vəziyyətində Rusiyaya məxsus bazaların Ermənistanın təhlükəsizliyinin yeganə “sığorta vəsiqəsi” olduğunu başa düşür. Buna görə də inandırıcı deyil ki, ən az indiki halda bu bazaların çıxarılması ilə bağlı təklifi nəzərdən keçirəcək. O, Ermənistanın təhlükəsizliyini alernativ variantlarla qarantiyaya almamış bunu etməyəcək. Lakin dəqiq olan məlumat budur ki, Paşinyan Rusiyadan hansı formada xilas olmağın yolları üzərində baş sındırır”.


Müəllif: Mənsur Rəğbətoğlu