27 May 2018 22:13
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyada abortlara qoyulmuş qadağa ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl keçirilmiş referenumda vətəndaşların böyük əksəriyyəti abortlara qoyulan qadağanın qaldırılmasına səs verib.

Katolik inancının güclü olduğu ölkələrdən biri olan İrlandiyada əhalinin 66.4 faizi aborta icazənin verilməsilə razılaşıb.

Ölkənin homoseksual baş naziri Leo Varadkar referendumun nətciələrini və etiraz aksiyalarını “səssiz inqilab” adlandırıb.

“Anti-abort kampaniyası”nın lideri Con Makqurk da artıq geri addım atıb və kampaniyanı dayandıraraq, məğlub olduğunu etiraf edib: “İrlandiya dövləti doğulmamış uşağın həyatını əlindən alacaq”.

Qeyd edək ki, mövcud qanun 1983-ci ildə qəbul edilib, 35 ildir qüvvədə idi.


Müəllif: Mənsur Rəğbətoğlu