27 May 2018 19:25
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mətbuatının gündəmini 15 gündür səsi-sorağı gəlməyən birinci xanım Melaniya Trampla bağlı mövzular zəbt edib.

Teleqraf.com xəbər verir ki, böyrək əməliyyatından sonra görünməyən Melaniya Tramp həyat yoldaşı D.Trampın qatıldığı tədbirlərdə görsənmir.

Tramp əməliyyatın xanımının əməliyyatının uğurlu keçdiyini bildirsə də, mətbuat bunun əksini iddia edir. Hətta onun Trampdan boşanmaq istədiyinə dair xəbərlər də dərc edilməkdədir.

Ötən həftə keçirdiyi mətbuat konfransında jurnalistin Melaniya ilə bağlı sualına cavab olaraq Tramp barmağını pəncərəyə tuşlayaraq "o, çox yaxşıdır, indi bizə baxır" desə də, jurnalistlər pəncərəyə baxdıqda heç kəsi görməyiblər.


Müəllif: Teleqraf.com