27 May 2018 21:28
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı kompüter mütəxəssisi, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş məxfi agenti Edvard Snouden heç kəsin Rusiya prezidenti Vladimir Putini ABŞ prezidenti Donald Tramp qədər sevmədiyini bildirib.

Teleqraf.com "Sputnik.ru"ya istinadən xəbər verir ki, Snouden Trampın Putin sevgisi və xüsusi müstəntinq Robert Mullerin apardığı "seçkilərə rus müdaxiləsi" istintaqı barədə açıqlama verib.

Snouden bildirib ki, dünyada heç kəs Putini Tramp qədər sevmir: "Ancaq insanlar əbəs yerə Müllerin istintaqında Tramp əleyhinə ciddi faktların yer alacağına inanırlar. Həm Kreml, həm də Ağ Evin inkar etdiyi "seçkilərə rus müdaxiləsi" iddiası istintaqın yekununda da öz təsdiqini tapmayacaq".


Müəllif: Teleqraf.com