27 May 2018 21:13
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəyə "F-35" qırıcılarının tədarükünü yasaqlasa Türkiyə Rusiyanın "Su-57"lərini ala bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə "Yeni Şafak" qəzeti çıxış edib.

Məqalədə bildirilir ki, Ankara qırıcıları almaqda israrlıdır və alternativ variant olaraq Rusiya ilə danışıqlar aparılır.

Qeyd edək ki, ABŞ Rusiyadan "S-400" raket kompleksi aldığı üçün Türkiyəyə qarşı bəzi sanksiyaları gündəmə gətirib. ABŞ Nümayəndələr Palatası da Rusiyadan "S-400"-lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulması barədə qanun layihəsini qəbul edib. Layihə Senatda müzakirəyə çıxarılacaq. Rəsmi Ankara ABŞ-ın atacağı addıma cavabsız qalmayacaqlarını bəyan edib.


Müəllif: Teleqraf.com