28 May 2018 00:39
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş kəskin aşağı qan təzyiqi ilə əlaqədar Men ştatında xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat Tvitter sosial şəbəkəsində məlumat yayıb.

O, 93 yaşlı sabiq liderin bir neçə gün xəstəxana şəraitində müalicə olunacağını qeyd edib: “Keçmiş prezidenti şüuru yerindədir və özünü diskomfort hiss eləmir”.

Xatırladaq ki, ata Corc Buş keçən ay həyat yoldaşı Barbara Buşun dəfn mərasimindən sonra qanına infeksiya yoluxması nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Bu il yanvarın ortalarında isə pnevmoniyadan müalicə almışdı.


Müəllif: Nərgiz