28 May 2018 08:32
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisini milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün əllərində olan xarici valyutanı türk lirəsi ilə əvəz etməyə çağırıb.

Bunu o, Ərzrumda mitinqdə çıxışı zamanı deyib.

"Qardaşlar, kimin yastığının altında dollar və avro varsa, onları lirə ilə dəyişin. Gəlin birlikdə onların oyununu pozaq", - deyə Ərdoğan bildirib.

Çərşənbə günü Türk lirəsinin ABŞ dollarına qarşı məzənnəsi bir dollar 4,93 lirə olmaqla yenidən tərixi minimumuna enib.

Son iki ay ərzində Türk lirəsi dollar və avroya qarşı tarixi minimumunu dəfələrlə yeniləyib. Təkcə ötən ay ərzində lirə bu valyutalara qarşı 15% ucuzlaşıb. Türkiyə Mərkəzi Bankının gecikmiş likvidlik pəncərəsinin faiz dərəcəsi artdığını elan etdikdən sonra, lirə cümə günü bir dollar üçün 4.71 dollara qədər güclənib.


Müəllif: Mənbə/Report