28 May 2018 11:41
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus rəssamı İlya Repinin “İvan Qroznı oğlunu öldürür” əsəri ziyarətçinin hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, nəticədə əsər 3 yerdən zərər görüb.

Qeyd edək ki, rus millətçiləri daim dünyaca məşhur olan “İvan Qroznı oğlunu öldürür” əsərinə qarşı çıxıb.

Əsəri məşhur rəssam İlya Repin 1885-ci ildə çəkib.

Rəsmə Moskva qalereyasında 37 yaşlı kişi hücum çəkib. Əlindəki dəmir çubuqla şüşəni sındıran şəxs əsərin orijinal çərçivəsini də sındırmağa müvəffəq olub.

“Hücum zamanı rəsmin orijinal çərçivəsi sındırılıb. Təsəllimiz odur ki, tabloda İvan və oğlunun üzünün olduğu hissəyə zərər dəyməyib”,- deyə Qalereyadan bildirilib.

Qəzəbli şəxsin Dağistan əsilli olduğu deyilir. O öz hərəkətinə səbəb kimi tablonun tarixi həqiqəti əks etdirməməsini göstərib.

Rəsmə ən azı 100 min dollar ziyan vurulub.

Repinin bu əsərinə 1913-cü ilin 16 yanvarında əqli problemi olan Abram Balaşev adlı şəxs də hücum çəkib.


Müəllif: Cavad