28 May 2018 13:27
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada parçalanmış şəkildə 7 cəsəd aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Guanajuato əyalətində olub.

Əyalət prokurorluğu bildirib ki, Salamanca kəndində cinayətkar şəbəkə üzvləri olduğu ehtimal olunan 7 cəsəd aşkar edilib.

Cəsədlərin yanında rəqib cinayətkar qrupa aid işarələr qoyulub.

Bu göstərir ki, mafiya bir-birindən qisas almaq məqsədilə dəhşətli cinayət törədib.

Meksikanın müvafiq qurumları qeyd ediliblər ki, ölkədə 2018-ci ilin yanvarından bu yana 4206 şəxs cinayətin qurbanı olub.


Müəllif: Cavad