28 May 2018 13:47
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Buker mükafatı”nın xüsusi münsiflər heyəti özünün təsis edildiyi vaxtdan indiyədək onunla təltif edilmiş ən yaxşı müəlliflərin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Toronto Star” xəbər yayıb.

Final siyahıya beş kitab daxil olub. Bunlar Kanada yazıçısı Maykl Ondatjın “İngilis xəstə” (1992), İngiltərə yazıçısı Hillari Mentelin “Canavar zalı” (2009, 2012) və onun həmyerlisi Penelopa Layvlinin “Ay pələngi” (1987), Amerika yazıçısı Corc Sondersin “Linkoln ölüm ayağında” (2017) və hindistanlı Vidiadxar Naypolun “Azad dövlətdə” (1971) əsərləridir.

Qalib açıq səsvermə yolu ilə müəyyənləşəcək. Nəticələr iyunun 8-də açıqlanacaq.

Qeyd edək ki, “Buker mükafatı” 1968-ci ildə təsis olunub, ancaq 1969-cu ildən verilməyə başlanılıb. İlk laureatı britaniyalı yazıçı Persi Hovard Nyubi olub.

Müxtəlif illərdə mükafata Ayris Merdok, Salman Rüşdi, Kadzuo İsiquro, Uilyam Qoldinq kimi yazıçılar layiq görülüb. Mükafatın dəyəri 50 min funt-sterlinqdir.


Müəllif: Səxavət