28 May 2018 12:35
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə Qafqaz əsilli şəxslərin mağazalarının çox olduğu bazara bir qrup ukraynalı hücum edib.

Teleqraf.com xəbər verir ki, polis hücum edən şəxslərdən bir neçəsini saxlayıb.

Kiyevin “Lesnaya” bazarında baş verən hadisəyə səbəb təqaüddə olan hərbçinin bazarda miqrantlar tərəfindən döyülməsini göstərən videonun yayılması olub.

Videoda satıcılarla mübahisə edən hərbçi yumruq zərbəsi alır. Bir qadın yerı sərilmiş təqaüdçünü müdafiə edir.

Videonun yayılmasından sonra onlarla insan bazara daxil olaraq Qafqaz kökənli şəxslərin mağazalarına hücum çəkib.

Bu barədə açıqlama verən Ali Radanın deputatı Anton Gerasçenko sosial şəbəkədə gürcü əsilli miqrantlara qarşı nifrət dolu və gərginliyi artıracaq mesajların paylaşılmamasını təklif edib.


Müəllif: Cavad