27 Aprel 2014 22:20
3 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkovda yerli "Metallist" klubu ilə "Dnepr" arasında keçiriləcək matçdan öncə iki komandanın tərəfdarları Ukraynanın birliyi naminə yürüş keçirib. Bu zaman onlarla Georgiyevsk lenti taxan fəallar arasında qarşıdurma yaranıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, qarşıdurma Plexanovski küçəsində baş verib. Yaralılar var. Ən azı 5 nəfər qan içində səkidə və yolda qalıb.

Hadisə yerinə təcili yardım briadası və "Qırmızı Xaç"ın əməkdaşları gəlib.

Hadisədən sonra əraziyə 3 avtobus polis xüsusi təyinatlıları gətirilib. Onlar arasında da yaralılar var. İki xüsusi təyinatlının sifəti dağıdılıb.

Nihad


Müəllif: