27 Aprel 2014 23:43
627

"Rinat Axmedov və Donetsk vilayət administrasiyasının sədri Sergey Tarutun mövqeyi birmənalıdır - Donbas Ukraynanın tərkibindədir".

Teleqraf.com-un UNAİN-a istinadən xəbərinə görə, bu barədə keçmiş rusiyalı iş adamı Mixail Xodorkovski bu gün Donetskdə ukraynalı oliqarx Rinat Axmedov və vilayət administrasiyasının sədri Sergey Tarutla görüşündən sonra mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

O, görüşün məzmunu barədə danışmayacağını bildirib: "Lakin onu deyə bilərəm ki, mənim həmsöhbətlərim Ukraynanın birliyini müdafiə edirlər. Hər ikisinin mövqeyi birmənalıdır - Donbas Ukraynanın tərkibindədir. Onlar situasiya başa düşürlər. Bilirlər ki, nəyi etmək olar, nəyi isə etmək lazım deyil".

Fidan


Müəllif: