14 Avqust 2014 14:37
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni müxalifətə ehtiyacı var.

Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 13-cü ildönümünə həsr edilmiş konfransda çıxış edərkən deyib.

Baş nazirin sözlərinə görə, köhnə müxalifət artıq Türkiyə üçün aktuallığını itirib: "Türkiyədə hakim partiya ilə rəqabət aparmaq qabiliyyətinə malik yeni müxalifətin yaranması qaçılmazdır".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyədə keçirilmiş prezident seçkiləri müxalifət və onun namizədinin zəifliyinin bariz nümunəsi oldu.

/trend/


Müəllif: