15 Avqust 2014 11:51

ABŞ ordusu Ərbilin şimal-şərqində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına məxsus bəzi hədəflərə yeni hava hücumları təşkil edib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandirliyindən açıqlama verilib. Döyüş və pilotsuz hava təyyarələri ilə təşkil edilən hücumlarda İŞİD-ə aid iki zirehli texnika və “MRAP” adı verilən minaya davamlı iki vasitə məhv edilib.

Digər məlumata görə, İraq Kürd Regional Muxtariyyətinə bağlı qüvvələr Mosul şəhərində, İŞİD-in əlindəki Şükufə, Hasar və Kasruk qəsəbələrinə nəzarəti ələ keçirib. Bu əməliyyatdan sonra İŞİD yaraqlılarının ağır silahlarını qoyub Bartellenin mərkəzinə doğru qaçdığı deyilir.


Müəllif:
Загрузка...