15 Avqust 2014 12:49

HAMAS Fələstin xalqının tələblərinin yerinə yetirilməyəcəyi müddətə qədər İsraillə sülh razılaşması imzalamayacaq.


Teleqraf.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qahirədə keçirilən sülh danışıqlarında iştirak edən Fələstin nümayəndə heyətinin üzvü Xəlil əl-Haya bildirib.


“Biz sülh razılaşmasının əldə olunmasını istəyirik. Lakin xalqımızın tələbləri təmin edilməlidir. Bu, vaciblikdən doğan müharibədir, seçim deyil. Bizim seçimimiz yox idi, biz özümüzü müdafiə etməli idik”, - deyə o qeyd edib.


Xəlil əl- Haya İsrail tərəfini “süründürməçiliyi yaxşı bilən tərəf” kimi xarakterizə edib.


Fələstin təmsilçisi sülh danışıqlarının bazar günü Qahirədə davam etdiriləcəyini də açıqlayıb.


Xatırladaq ki, HAMAS və İsrail arasında daha beş gün müddətinə atəşkəs razılaşması əldə olunub.


Müəllif:
Загрузка...