15 Avqust 2014 15:36
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) özünün yeni liderinin və yeni baş nazirin adını avqustun 21-də elan edəcək.


Bu barədə hazırkı baş nazir, 10 avqust seçkilərində prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan bildirib.

“Avqustun 21-də partiyanın idarə heyətinin iclasını keçirəcəyik və bu məsələni müzakirə edəcəyik. İclasdan sonra partiyamız namizədin adını elan edəcək”, – deyə Ərdoğan qeyd edib.

R. T. Ərdoğan onu da əlavə edib ki, böyük ehtimalla avqustun 29-da yeni hökumətin siyahısı təqdim olunacaq.

Xatırladaq ki, avqustun 27-də AKP-nin fövqəladə qurultayı keçiriləcək. Qurultayda partiyaya yeni lider seçiləcək. Bu şəxs həm də baş nazir olacaq. AKP lideri və baş nazir vəzifəsinə ən ciddi namizəd kimi xarici işlər naziri Əhmçəd Davudoğlunu adı çəkilir.

/APA/


Müəllif: