17 Avqust 2014 10:55
840
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın Lahor şəhər məhkəməsi “Pakistan Xalq Hərəkatı”nın fəallarının ölümündə əli olması ittihamı ilə ölkənin baş naziri Navaz Şərif və daha 20 yüksək vəzifəli şəxs barəsində cinayət işinin başlanması barədə qərar verib.

Tahir Kadrinin lideri olduğu müxalif “Pakistan Xalq Hərəkatı”nın fəalları və polis arasında toqquşmalar iyunun 17-də baş vermişdi. İddialara əsasən, etirazçıların ayaq nahiyəsindən atəş açmaq əmri almış asayiş keşikçiləri aksiya etirazçılarını gülləbaran edib.

Nəticədə, azı 11 nəfər ölüb, 100-dən çox etirazçı yaralanmışdı.

/APA/


Müəllif: