17 Avqust 2014 13:57

Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Pyotr Poroşenko Almaniya kansleri ilə Ukraynanın Donbass vilayətindəki gərgin vəziyyəti müzakirə edib. O, Avropa Birliyi ölkələrinin Avropa Şurasının növbəti -30 avqust iclasında Ukrayna məsələsini diqqətdə saxlayacaqlarına ümid etdiyini bildirib.

Ukrayna dövlət başçısı Angela Merkelə Almaniyanın ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. O, Merkeli gələn həftə üçün Ukraynaya da dəvət edib./modern.az/


Müəllif:
Загрузка...